Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 982

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, gün ərzində 86 nəfər koronavirusun qurbanı olub.

Ümumilikdə sutkada 117 min 121 test aparılıb ki, onun da 7 min 325-i müsbət çıxıb.

Ağır xəstə sayı 1193-dür. 7 min 209 nəfər müalicəsini tamamlayaraq sağalıb. Bununla sağalanların sayı 2 milyon 496 min 833-ə yüksəlib.