Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1425

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, gün ərzində 80 nəfər COVID-19-dan həyatını itirib.

Sutkada 118 min 911 koronavirus testi aparılıb, onlardan 7 min 857-si müsbət çıxıb.

Ağır xəstə sayı 1180-dir. 7 min 210 nəfər müalicəsini tamamlayaraq, virusa qalib gəlməyi bacarıb. Bununla sağalanların ümumi sayı 2 milyon 518 min 758-ə yüksəlib.