Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 980

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadın xəbər verir ki, sutka ərzində 68 nəfər pandemiyanın qurbanı olub.

Gün ərzində 137 min 885 COVID-19 testi aparılıb, onlardan 11 min 322-si müsbət çıxıb.

7 min 873 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıb. Bununla sağalanların sayı 2 milyon 601 min 137-yə yüksəlib.

Ümumilikdə ağır xəstə sayı 1220-dir. Test sayı 33 milyon 716 min 746, yoluxma sayı 2 milyon 746 min 158, ölənlərin sayı 28 min 839 təşkil edir.