Türkiyədə koronavirusla bağlı bu günıə olan vəziyyət açıqlanıb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün 64 nəfər koronavirusdan ölüb, bununla ölənlərin ümumi sayı 28 min 965-ə çatıb.
Sutkada 138 min 592 test aparılıb, bunun 11 min 770-i müsbət çıxıb. Türkiyədə ümumi yoluxma sayı 2 milyon 769 min 230-a yüksəlib.
Bu gün 7 min 291 nəfər koronavirusdan sağalıb, beləcə, sağalanların ümumi sayı 2 milyon 616 min 139-a qalxıb. Ağır xəstə sayı 1230 olub.
Son xəbərlər
Son Xəbərlər