Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1361

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 193 nəfər pandemiyanın qurbanı olub.

Sutka ərzində 245 min 496 koronavirus testi aparılıb, onlardan 42 min 551-i müsbət çıxıb.

Ağır xəstə sayı 2407-dir.

25 min 627 nəfərin koronavirus müalicəsi tamamlanıb və onlar sağalıblar. Bununla sağalanların ümumi sayı 3 milyon 130 min 977-yə çatıb.