Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1519

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün ölkədə 362 nəfər koronavirusdan ölüb.

318 min 967 COVID-19 testi aparılıb ki, bunun da 61 min 967-si müsbət çıxıb.

Ağır xəstə sayı 3 min 398 təşkil edir.

52 min 213 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 3 milyon 844 min 342-yə çatıb.