Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 2044

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 346 nəfər koronavirusdan ölüb.

Gün ərzində 282 min 192 koronavirus testi aparılıb ki, bunun da 43 min 301-i müsbət çıxıb.

Ağır xəstə sayı 3 min 549-dur.

45 min 592 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 167 min 263 təşkil edib.