Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1503

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, sutka ərzində 341 nəfər COVID-19-dan ölüb.

283 min 261 koronavirus testi aparılıb ki, bunun da 40 min 444-ü müsbət çıxıb.

45 min 198 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 212 min 461-ə çatıb.