Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət
Oxunma sayı: 1460

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 347 nəfər koronavirusdan ölüb.

Gün ərzində 243 min 648 COVID-19 testi aparılıb ki, bunun da 24 min 733-ü müsbət çıxıb.

Ağır xəstə sayı 3 min 438-dir.

35 min 438 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 515 min 819-a çatıb.