Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1669

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 356 nəfər pandemiyanın qurbanı olub.

Sutkada 229 min 491 koronavirus testi aparılıb ki, bunun da 26 min 476-sı müsbət çıxıb.

Ağır xəstə sayı 3 min 418-dir.

Bu gün 35 min 464 nəfər COVID-19-dan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 589 min 501-ə çatıb.