Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1815

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 232 nəfər koronavirusun qurbanı olub.

228 min 192 COVID-19 testi aparılıb ki, bunun da 13 min 29-u müsbət çıxıb.

Ağır xəstə sayı 2 min 827-dir.

35 min 167 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 4 milyon 801 min 291-ə çatıb.