Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1501

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün 112 nəfər koronavirusun qurbanı olub.

224 min 150 COVID-19 testi aparılıb ki, bunun da 7 min 181-i müsbət çıxıb.

Ağır xəstə sayı 1213-dür.