Türkiyədə koronavirusla bağlı son vəziyyət

turkiyede-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 2020

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb.

“Qafqazinfo” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutkada 79 nəfər koronavirusun qurbanı olub.

Son 24 saatda 259 min 196 COVID-19 testi aparılıb ki, bunun da 22 min 332-si müsbət çıxıb. Eyni zamanda, 5 min 107 xəstə sağalıb.