Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı

turkiyede-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 2945

Türkiyədə son sutka ərzində koronavirusdan 23 nəfər dünyasını dəyişib, 1 192 nəfərdə virus aşkarlanıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4 950, yoluxma faktı 187 min 685 nəfər olub. Gün ərzində 1 412 nəfər sağalaraq evə buraxılıb. Sağalanların ümumi sayı 160 min 240-a çatıb.

Son 24 saatda 40 min 496 test edilib.