Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı

turkiyede-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 3049

Türkiyədə son sutka ərzində koronavirusdan 19 nəfər dünyasını dəyişib, 1 396 nəfərdə virus aşkarlanıb. “Qafqazinfo” bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 5 065, yoluxma faktı 194 min 511 nəfər olub. Gün ərzində 1 492 nəfər sağalaraq evə buraxılıb. Sağalanların ümumi sayı 167 min 198-ə çatıb.

Son 24 saatda 51 min 198 test edilib.