Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı

turkiyede-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 1969

Türkiyədə son sutka ərzində koronavirusdan 202 nəfər dünyasını dəyişib, 11 180 nəfər isə virusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 21 295-ə, yoluxanların sayı isə 2 232 035-ə çatıb. 

Sağalanların ümumi sayı 2 126 432 nəfər, ağır xəstələrin sayı isə 3 764 nəfərdir.