Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı

turkiyede-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 1489

Türkiyədə son sutka ərzində koronavirusdan 197 nəfər dünyasını dəyişib, 13 695 nəfər isə virusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 21 685-ə, yoluxanların sayı isə 2 255 607-yə çatıb. 

Sağalanların ümumi sayı 2 146 430 nəfər, ağır xəstələrin sayı isə 3 522 nəfərdir.