Türkiyədə koronavirusla bağlı bu günıə olan vəziyyət açıqlanıb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün 65 nəfər koronavirusdan vəfat edib, bununla ölənlərin ümumi sayı 29 min 030-a çatıb.
Sutkada 129 min 299 test aparılıb, bunun 11 min 187-si müsbət çıxıb. Türkiyədə ümumi yoluxma sayı 2 milyon 780 min 417-yə yüksəlib.
Bu gün 7 min 785 nəfər koronavirusdan sağalıb, beləcə, sağalanların ümumi sayı 2 milyon 623 min 924-ə qalxıb. Ağır xəstə sayı 1 261-dir.

Son xəbərlər
Son Xəbərlər