Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı

turkiyede-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 1980

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün 153 nəfər pandemiyanın qurbanı olub.

Gün ərzində 220 min 109 koronavirus testi aparılıb, onlardan 29 min 058-i müsbət çıxıb.

Ağır xəstə sayı 1968-dir.

17 min 164 nəfər koronavirus müalicəsini tamamlayıb və sağalıb. Bununla sağalanların ümumi sayı 2 milyon 957 min 093-ə çatıb.