Türkiyədə körpələrə səhvən koronavirus peyvəndi vurulub

Türkiyədə körpələrə səhvən koronavirus peyvəndi vurulub
Oxunma sayı: 2784

Türkiyədə 6 aylıq uşaqlara səhvən koronavirusa qarşı peyvənd vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu məlumatı İzmirdə Ege Universitetinin tibb fakültəsinin professoru Zafer Kurugöl “NTV” telekanalının efirində açıqlayıb.

Onun sözlərinə görə, 6 aylıq uşaqlara qızılca və ya hepatit B xəstəliklərinə qarşı peyvənd əvəzinə COVID-19 vaksini vurulub.

Zafer Kurugöl, həmçinin qeyd edib ki, bu, uşaqlarda heç bir əks təsir göstərməyib, hətta onlarda koronavirusa qarşı antitel yaradıb.

Bu açıqlamanın ardından Türkiyənin Səhiyyə Nazirliyi və Ege Universitetinin tibb fakültəsi araşdırmalara başlayıb.