Türkiyədə küçəyə çıxan yaşlı cütlük 6 min cərimələndi

Türkiyədə küçəyə çıxan yaşlı cütlük 6 min cərimələndi
Oxunma sayı: 2597

Türkiyədə 65 yaş qadağasına əsasən cəzalanan ilk şəxslər almaniyalı cütlük olub.

“Qafqazinfo” xəbər verir ki, Daxili İşlər Nazirliyinə Konyanın Beyşehir rayonunda karantina qaydalarına əməl etməyən şəxslərin olduğu barədə məlumat daxil olub.

Polis küçədə yaxaladığı cütlüyə 6,300 tl (təxminən 1,630 AZN) pul cəzası verib. Onlara yenə küçəyə çıxdıqları təqdirdə Cinayət Məcəlləsinin 195-ci maddəsinə uyğun olaraq həbs olunacaqları ilə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, bu gündən etibarən Türkiyədə 65 yaşdan yuxarı vətəndaşların, xroniki xəstələrin küçəyə çıxmasına qadağa qoyulub.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi