Türkiyədə maska taxmayanlar 3 gün ərzində xəbərdarlıq edilərək məlumatlandırılacaq, 22 iyundan etibarən isə qaydaya əməl etməyənlər 900 lirə cərimələnəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi 81 təlimat verib. Təlimata görə, 48 əyalətdə gündəlik həyatın bütün sahələrində, 33 əyalətdə isə ticarət mərkəzləri, marketlər, restoran, kafe və bərbərxanalar kimi insanların sıx olduğu qapalı məkanlarda maska taxmaq məcburi olacaq.
Bu səbəbdən bu gün, sabah və bazar günləri aparılacaq yoxlamalarda maska istifadəsi qaydalarına zidd hərəkət edən vətəndaşlara və iş yerlərinə xəbərdarlıq ediləcək.
Nazirlik icra hakimiyyətlərindən lazımi planların tərtib edilməsini və həyata keçirilməsində heç bir axsaqlıq yaranmamısını tələb edib.
Son xəbərlər
Son Xəbərlər