Türkiyədə mebel fabrikində partlayış, ölən və yaralananlar var

turkiyede-mebel-fabrikinde-partlayis-olen-ve-yaralananlar-var
Oxunma sayı: 1490

Türkiyədə - Bursanın İnegöl rayonunda mebel fabrikində partlayış baş verib.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, nəticədə, bir nəfər həyatını itirib, dördü ağır olmaqla, altı nəfər yaralanıb.

Bildirilib ki, fabrikin buxar qazanında baş verən partlayışdan sonra yanğın başlayıb.

Əraziyə çox sayda təcili tibbi yardım, yanğınspndürmə xidməti və polis əməkdaşları cəlb edilib.