Türkiyədə mədən uçdu, dağıntılar altında qalanlar var

turkiyede-meden-ucdu-dagintilar-altinda-qalanlar-var
Oxunma sayı: 1080

Türkiyənin Zonquldak şəhərinin Kilimli rayonunda qanunsuz fəaliyyət göstərən mədən uçub.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, dağıntılar altında 2 nəfər qalıb. Türkiyə Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) əməkdaşları hadisə yerindədir.

Uçqunun hansı səbəbdən baş verməsi hələlik bilinmir.