Türkiyədə “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası”nın təqdimatı keçirilib

turkiyede-mehemmed-emin-resulzade-ensiklopediyasinin-teqdimati-kecirilib
Oxunma sayı: 973


“Qafqazinfo” xəbər verir ki, ”Azərbaycan Kültür Dərnəyi” Yayınları olaraq bu kitab Ankaradakı “Nərgiz” mətbəəsində nəşr edilib. Kitabı Türkiyə türkçəsinə Tuncər Kirhan, Nəsrin Ünal və Səlcuq Önal çevirib. İki minə yaxın tirajla nəşr edilən bu kitabın Ankaradakı “Sürməli” otelin böyük zalında təqdimatı keçirilib. Giriş sözü olaraq “Azərbaycan Kültür Dərnəyi”nin Başqanı Cəmil Ünal çıxış edib ensiklopediyanın əhəmiyyətindən və  Türkiyə mühiti üçün önəmli məqamlarından danışıb. Sonra çıxış edən müəllif  N.Yaqublu ensiklopediyanın nəşrinə verdiyi dəstəyə görə “Azərbaycan Kültür Dərnəyi”nə, eləcə də bu kitabın nəşrində əməyi keçən hər bir kəsə təşəkkürlərini bildirib.

Tədbirdə Türkiyənin keçmiş Səhiyyə Naziri Enis Öksüz,M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, Bakı Dövlət Universitetinin professorları Almaz Məmmədova və Nüşabə Məmmədova iştirak edib.

Qeyd edək ki, bu ensiklopediya bundan əvvəl Bakıda və Moskvada da Azərbaycan və rus dillərində nəşr edilmişdi.