Türkiyədə məhkumu aparan avtomobil aşdı - Yaralılar var

turkiyede-mehkumu-aparan-avtomobil-asdi
Oxunma sayı: 1130

Ankaranın Bəybazarı qəsəbəsində müayinə olunmaq üçün xəstəxanaya məhkum aparan hərbi avtomobil aşıb.

“Qafqazinfo” Haber7-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 polis yaralanıb.

Yaralılar hadisə yerinə çağırılan təcili yardım maşınları vasitəsilə xəstəxanaya yerləşdiriliblər.

Qəzanın güclü yağış səbəbindən baş verdiyi bildirilir.