Türkiyədə məktəblər bu tarixdə açılacaq

turkiyede-mektebler-bu-tarixde-acilacaq
Oxunma sayı: 6039

Türkiyədə məktəblər avqustun 31-də açılacaq, dərslər distant keçiriləcək.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk bildirib.

“Sentyabrın 21-də Elmi Şura tərəfindən tövsiyə olunan siniflərdə tədricən üz-üzə təhsilə başlanılacaq”, - deyə o əlavə edib.

Selçuk onu da qeyd edib ki, özəl məktəblər təhsil fəaliyyətinə avqustun 17-dən distant təhsil vasitələri ilə başlaya bilərlər.