Türkiyədə məktəblər bu tarixdən ənənəvi qaydada olacaq

turkiyede-mektebler-bu-tarixden-enenevi-qaydada-olacaq
Oxunma sayı: 6585

Türkiyədə məktəblərin fevralın 15-dən ənənəvi qaydada fəaliyyət göstərəcəyi planlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Ziya Selçuk “CNN Türk” televiziyasında qonaq olarkən bildirib.

Onun sözlərinə görə, son qərar Səhiyyə Nazirliyi, Elmi Şura və Prezidentin rəhbərliyi altında Kabinetin qəbul edəcəyi qərarlardan asılı olacaq.

“Fevralın 15-də məktəblərin açılması ilə bağlı prisipial qərar qəbul edilib. 15 fevraldan 10 gün əvvəl aydın mənzərə qarşımıza çıxar”, - deyə o bildirib.