Türkiyədə məscidlər bu tarixdə açılacaq

turkiyede-mescidler-bu-tarixde-acilacaq
Oxunma sayı: 2478

Türkiyədə koronavirus epidemiyası səbəbindən bağlanan məscidlər iyunun 12-si açılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Dəyanət İşləri naziri Əli Ərbaş açıqlama verib: “12 iyundan etibarən məscidlərimizin həyətlərində namaz qılmağa başlayacağıq”.

Bildirilib ki, bu vəziyyətdə gələcək 4 həftə ərzində cümə namazlarının qılınmasına icazə verilməyəcək.

Xatırladaq ki, Əli Ərbaş 15 martda verdiyi açıqlamada yaranmış epidemioloji vəziyyət səbəbindən məscidlərdə camaatla birlikdə qılınan cümə namazlarına fasilə verildiyini bildirmişdi.