Türkiyənin şimal-qərbində meşə yanğını baş verib, yanğının qarşısının alınması güclü külək nəticəsində çətinləşib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Birgün” məlumat yayıb.
Məlumata görə, hadisə Çanaqqala vilayətinin Bayramiç mahalında baş verib. Yanğının söndürülməsinə 20 texnika cəlb olunub.
Meşə yanğınının səbəbi hələlik müəyyən edilməyib.

Son xəbərlər
Son Xəbərlər