Türkiyədə meşə yanğınlarına bu texnikalar cəlb olunub - Ərdoğan açıqladı

turkiyede-mese-yanginlarina-bu-texnikalar-celb-olunub
Oxunma sayı: 2995

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə baş verən meşə yanğınları ilə bağlı rəsmi tvitter hesabında paylaşım edib.

"Qafqazinfo"nun məlumatına görə, dövlət başçısı bildirib ki, meşə yanğınlarının söndürülməsi ilə bağlı çalışmalar qurudan və havadan müdaxilə texnikalarının sayını artırmaqla davam etdirilir.

Bundan başqa, Ərdoğanın paylaşımında yanğınların söndürülməsinə cəlb olunan texnika və şəxsi heyətin sayı ilə bağlı foto da yer alıb.