Türkiyədə meşə yanır

turkiyede-mese-yanir
Oxunma sayı: 934

Türkiyənin Aydın şəhərinin Söke rayonunda meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bölgəyə meşə təsərrüfatı nümayəndələri və yanğınsöndürənlər göndərilib.

Küləyin təsiri ilə böyüyən yanğına müdaxilə davam edir.

Akçakonak Mahalının yuxarı hissəsindəki meşəlik ərazidə baş verən yanğının səbəbi araşdırılır.