Türkiyədə məşhur modelin döyüldüyü çimərlik bağlandı

turkiyede-meshur-modelin-doyulduyu-cimerlik-baglandi
Oxunma sayı: 5941

Ukraynalı model Darya Kirilyukun döyüldüyü Türkiyənin Çeşmə bölgəsindəki Momo çimərliyi 15 gün müddətinə bağlanıb. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti”yə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

“İyulun 31-də axşam ölkəmizin aparıcı turizm mərkəzlərindən biri olan Çeşmədə qonağımızın qarşılaşdığı müstəsna və arzuolunmaz insidentdən sonra Türkiyənin bütün müvafiq qurumları, o cümlədən Mədəniyyət və Turizm Nazirliyi səfərbər olunub. Müəssisə (çimərlik) 15 gün müddətinə bağlanıb”, - nazirlikdən bildiriblər.

Qeyd edilir ki, Türkiyədə xarici turistlərin ölkədə məzuniyyətlərini “dinc və təhlükəsiz şəkildə” keçirmələri üçün lazım olan bütün ehtiyat tədbirləri görülür.

Daha əvvəl dünyaca məşhur ukraynalı top model Darya Kirilyuk Çeşmə rayonundakı Momo çimərliyində mühafizəçilərin hücumuna məruz qaldığını bildirmişdi. Onun sözlərinə görə, ümumilikdə dörd qız döyülmüşdü. Türkiyənin Mədəniyyət və Turizm naziri Nuri Mehmet Ersoy hücumu pisləmiş və günahkarların cəzalandırılacağına söz vermişdi. Çimərlik administrasiyası hadisənin ərazisindən kənarda baş verdiyini və onun işçilərinin ona heç bir əlaqəsi olmadığını söyləmişdi.