Türkiyədə mikroavtobus aşdı - 1 ölü, 25 yaralı

turkiyede-mikroavtobus-asdi
Oxunma sayı: 682

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda təsərrüfat işçilərini daşıyan avtobus aşıb.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, qəza avtobusun idarəetməni itirməsi səbəbindən baş verib. Nəticədə avtobusun yol qırağına aşması ilə 26 nəfər xəsarət alıb. Yaralananlardan 1 nəfər- 15 yaşlı İbrahim Küçük xəstəxanada dünyasını dəyişib.

Qəza ilə əlaqədar başladılan istintaq zamanı mikroavtobus sürücüsü 19 yaşlı Ramazan Tayboğanın sürücülük vəsiqəsinin olmadığı məlum olub. Hadisə ilə bağlı araşdırma davam etdirilir.