Türkiyədə mikroavtobus aşdı, 12 polis yaralandı

turkiyede-mikroavtobus-asdi-12-polis-yaralandi
Oxunma sayı: 919

Türkiyənin Kastamonu vilayətinin Seydilər rayonunda polisləri daşıyan mikroavtobus aşıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nəticədə 12 polis yaralanıb.

Yaralılar xəstəxanalara aparılıb.

Polis maşınının Ankarada sel fəlakətinin yaşandığı Bozkurt rayonuna getdiyi məlum olub.