Türkiyədə mikroavtobus aşdı - Yaralılar var

turkiyede-mikroavtobus-asdi
Oxunma sayı: 886

Türkiyənin Mersin şəhər Erdemli rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus aşıb.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, qəzada 4-ü ağır olmaqla 27 nəfər xəsarət alıb.

Bildirilib ki, qəzaya mikroavtobusun idarəetməni itirməsi səbəb olub.

Ətrafdakıların xəbərdarlığı ilə hadisə yerinə təcili tibbi yardım və xilasetmə qrupları göndərilib.

Xəsarət alanlar Erdemli və Mersinin müxtəlif xəstəxanalarına yerləşdirilib.

Qəza ilə bağlı araşdırmalar davam edir.