Türkiyədə mikroavtobus qəzası - Xeyli sayda yaralı var

Türkiyədə mikroavtobus qəzası
Oxunma sayı: 944

Türkiyənin Muğla şəhərində mikroavtobusun minik avtomobili ilə toqquşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 10 nəfərin yaralandığı bildirilib.

Qəza yerinə çox sayda sağlamlıq, xilasetmə və polis qrupları çağırılıb.

Xəstəxanalara çatdırılan yaralıların sağlamlıq durumlarının yaxşı olduğu öyrənilib.