Türkiyədə mikroavtobus qəzaya uğradı, 41 yaralı

turkiyede-mikroavtobus-qezaya-ugradi-41-yarali
Oxunma sayı: 1424

Türkiyənin Van əyalətində qeyri-qanuni miqrantları daşıyan mikroavtobus qəzaya uğrayıb.

"Qafqazinfo" yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər həlak olub, 41 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar dərhal yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Qeyd edilir ki, qeyri-qanuni miqrantların daşınmasını təşkil edən iki nəfər polislər tərəfindən saxlanılıb.