Türkiyədə müəllimlərə qarşı zorakılığa görə cəzalar sərtləşdiriləcək

turkiyede-muellimlere-qarsi-zorakiliga-gore-cezalar-sertlesdirilecek
Oxunma sayı: 1813

“Türkiyədə müəllimlərə qarşı zorakılığa görə cəzalar ikiqat artırılacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, təhsil sektoru nümayəndələrinin müdafiəsinə yönəlmiş qanun layihəsi yaxın vaxtlarda parlamentə göndəriləcək.

Türkiyə Prezidentinin məktəblərdə zorakılığa qarşı tədbir görmək qərarı mayın 7-də İstanbulda özəl liseyin direktorunun 17 yaşlı iraqlı miqrant tərəfindən öldürülməsindən sonra verilib. 

Mayın 10-da bütün ölkə üzrə müəllimlər ərazidə təhlükəsizliyin təmin edilməsi, eləcə də təhsil naziri Yusuf Tekinin istefası tələbi ilə bir günlük tətil keçiriblər. Kütləvi yürüşlərin iştirakçıları da mərkəzi hakimiyyət orqanlarını miqrasiya siyasətinə yenidən baxmağa çağırıblar.