Türkiyədə müğənninin villası yandı

turkiyede-mugenninin-villasi-yandi
Oxunma sayı: 2552

Alanyada kosnertdə olan türkiyəli müğənni Funda Ararın İstanbulun Göktürk səmtindəki villasında yanğın olub.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, hadisə zamanı villanın 2 otağı yanıb. Xüsusilə ifaçının yataq otağı böyük zərər görüb.

Məlumata görə, yanğın çıxarkən F.Ararın oğlu və anası bağçada olub.

Xəbəri konsert vaxtı alan müğənni geri dönmək istəsə də, onu yaxınları sakitləşdirə bilib.

Yanğına kondisionerin kabelinin səbəb olduğu bildirilir.