Türkiyədə nazir müavini qəzada öldü

Türkiyədə nazir müavini qəzada öldü
Oxunma sayı: 2093

Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Ahmet Haluk Dursun yol qəzasında dünyasını dəyişib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazir müavininin içərisində olduğu avtomobil  Vanın Erciş ərazisində dərəyə yuvarlanıb. Dursun qəza zamanı dünyasını dəyişib, 3 nəfər isə yaralanıb. Yaralılar Erciş Dövlət Xəstəxanasına aparılıb.

Qeyd edək ki. Ahmet Haluk Dursun Malazgird qələbəsinin 948-ci ildönümü münasibətilə Türkiyə Yazıçılar Birliyinin Malazgirddə təşkil etdiyi tədbirdən qayıdırmış.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi