Türkiyədə bir neçə nazirin istefaya göndəriləcəyi iddia edilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “TGRT Haber” məlumat yayıb.
Bildirilib ki, bu gün hökumətdə kadr dəyişikliyi ola bilər. Qərarın “Resmi Gazete”də dərc olunacağı gözlənilir. Qərarın hansı nazirlərə şamil olunacağı isə açıqlanmayıb. İddiaya görə, hökumətin sabah keçiriləcək iclasında yeni nazirlər məlum olacaq.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin səhiyyə naziri Fəxrəddin Qocanın istefa verməsi ilə bağlı məlumat yayılsa da, sonradan bu xəbər öz təsdiqini tapmamışdı.
Son xəbərlər
Son Xəbərlər