Türkiyədə neft emalı zavodu yanır - Foto

turkiyede-neft-emali-zavodu-yanir
Oxunma sayı: 1805

Türkiyənin Kocaeli şəhərinin Körfəz qəsəbəsində yerləşən "Tüpraş İzmit Neft emalı zavodu"nda yanğın baş verib.

“Qafqazinfo”nun Report-a istinadən verdiyi məlumata görə, yanğın Türkiyə vaxtı ilə saat 15:15-də meydana gəlib və hazırda davam edir.

Yanğına avadanlıqlarda meydana gələn nasazlığın səbəb olduğu bildirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Əraziyə çoxlu sayda yanğınsöndürən qüvvə cəlb olunub.

Qeyd edək ki, "Tüpraş" şirkətinin (Türkiye Petrol Rafinerileri A.Ş.) Kocaeli, Kırıkkale, Əliağa və Batmanda neft emalı zavodları mövcuddur.