Türkiyədə FETÖ ilə əlaqəsi olan şəxslərə qarşı əməliyyatlar davam edir.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ötən gün İstanbul və Ankarada növbəti əməliyyat keçirilib.
FETÖ-nün xəbərləşmə vasitəsi olan “ByLock”dan istifadə edən 12 nəfər barədə həbs qərarı çıxarılıb. Polis Ankarada keçirilən əməliyyat zamanı həmin şəxslərdən 11-ini saxlayıb, bir nəfər isə qaçıb.
İstanbulda isə FETÖ ilə əlaqəsi olan 51 polis və təhlükəsizlik xidməti əməkdaşı barədə saxlanılma qərarı verilib.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər