Türkiyədə növbəti terror - 3 ölü, 22 yaralı

turkiyede-novbeti-terror-
Oxunma sayı: 2365

Türkiyənin Diyarbəkir vilayətində növbəti terror aktı törədilib.

“Qafqazinfo”nun məlumatına görə, Sur rayonunda hərbi hissədəki terror nəticəsində 3 əsgər şəhid olub, 22 hərbçi yaralanıb.

Terror hadisəsinin PKK tərəfindən bomba yüklü maşının hərbi hissəyə çırpılması ilə törədildiyi bildirilir. Daha sonra PKK tərəfdarları hərbi hissəyə silahlı hücum ediblər, yaralıların vəziyyəti ağırdır.