Türkiyədə daha bir terror aktı törədilib.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Diyarbəkirin Şanlıurfa magistral yolunda terrorçular polislərin olduğu avtobus keçərkən yol kənarındakı bombalı avtomobili partladıb.
Diyarbəkir valisi hadisə nəticəsində 1 mülki şəxs olmaqla 14 nəfərin xəsarət aldığını bildirib.
***
Partlayış nəticəsində 4 polis şəhid olub. Yaralı sayının 14 nəfər olduğu qeyd olunur.
***
Xəsarət alan 14 şəxsdən 8-nin polis, 6-nın isə mülki vətəndaş olduğu bildirilir.
***
Hadisə nəticəsində artıq 23 nəfərin yaralandığı, 6 polisin şəhid olduğu vurğulanır.
***
Şəhid sayı 7-yə yüksəlib.
***
Son rəsmi rəqəmlərə görə, terror aktı nəticəsində 27 nəfər yaralanıb. Onlardan 13-ü polis, 14-ü mülki vətəndaşlardır.
Son xəbərlər
Son Xəbərlər