Türkiyədə növbəti terror aktı - 2 əsgər yaralandı

turkiyede-novbeti-terror-akti
Oxunma sayı: 743

Mardin şəhərinin Nusaybin vilayətində terrorçular növbəti partlayış törədiblər.

Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Nusaybinin Fırat məhəlləsində əməliyyat aparan təhlükəsizlik qüvvələri yoldan keçərkən terrorçuların öncədən quraşdırdığı bomba partlayıb. Hadisə nəticəsində 2 əsgər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Nusaybində əməliyyat davam etdirilir.