Türkiyədə onlara ömürlük həbs cəzası verildi

turkiyede-onlara-omurluk-hebs-cezasi-verildi
Oxunma sayı: 2541

Türkiyə Baş Qərargah rəisinin keçmiş müavini Məhərrəm Kösə və Baş Qərargahın eks-zabiti Xeyrəddin Qaldırımcı ömürlük həbs cəzası alıblar. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Haberturk” telekanalı xəbər verib.

Qeyd edilir ki, onlar 2016-cı ilin yayında dövlət çevrilişinə cəhddə günahkar biliniblər.

Xatırladaq ki, Türkiyədə üsyandan sonra 80 mindən çox insan həbs edilmiş, 160 mindən çox dövlət qulluqçusu, həmçinin hərbçi işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmışdı.