Türkiyədə oteldə silahlı toqquşma - 1 polis şəhid oldu + Yenilənib

turkiyede-otelde-silahli-toqqusma
Oxunma sayı: 2056

Türkiyənin Kahramanmaraş şəhərində bir oteldə baş verən silahlı toqquşma nəticəsində iki polis əməkdaşı yaralanıb.

"Qafqazinfo" "Hürriyet"ə istinadən xəbər verir ki, Türkiyənin Kahramanmaraş şəhərində bir oteldə baş vermiş qarşıdurmaya müdaxilə edən 2 polis əməkdaşına naməlum şəxslər tərəfindən atəş açılıb. Nəticədə iki polis məmuru yaralanıb. Yaralanan polis əməkdaşları təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Otelin ərazisi xüsusi təyinatlı polis dəstəsi tərəfindən mühasirəyə alınaraq şübhəli şəxslərin saxlanılması üçün əməliyyat başladılıb.

***

Hadisə nəticəsində yaralanan polis əməkdaşlarından biri şəhid olub. 

Əməliyyat nəticəsində şübhəli şəxs saxlanılaraq şəxsiyyəti müəyyənləşdirilib.

Cinayətkarın suriyalı qaçaq Muhammet Karataş olduğu ortaya çıxıb. Bildirilib ki, o həmçinin bir müddət əvvəl Antalyada əlləri və ayaqlarını bağlanaraq torpağa basdırılan 24 yaşlı Aykut Çakalın qətl şübhəlisi olaraq bilinir.