Türkiyədə özəl bağçalar bu şərtlərlə işləyəcək

turkiyede-ozel-bagcalar-bu-sertlerle-isleyecek
Oxunma sayı: 1864

Türkiyədə iyunun 1-dən etibarən özəl bağçalar, uşaq klubları və gündüz xidmət evləri yenidən fəaliyyətə başlayacaq.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ailə, Əmək və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, bağçalar açılsa da, müəyyən şərtlər daxilində işləyəcək.

Açılış icazəsi verilən özəl müəssisələr xidmətə başlamazdan əvvəl dezinfeksiya ediləcək. Hər qrupda 10-dan çox uşaq olmamalıdır. Gün ərzində hər 4 saatdan bir uşaqların temperature ölçüləcək.